Amerikanın Kolorado ştatında ilk tibbi marixuana mağazası açılacaq. Burada avtomobildən çıxmadan narkotik əldə etmək mümkün olacaq. Bu haqda “Time” yazır.
Tumbleweed Express Drive-Thru-nun açılışı aprelin 20-nə planlaşdırılıb. 21 yaşı tamam olan və tibbi marixuana almağı arzu edən hər bir şəxs, bazar günləri saat 16:00-dan gecə yarısınadək preparatı qanuni şəkildə ala biləcək.
Mağazanın direktoru Mark Smitin sözlərinə görə, dünya KİV-nin onun biznesindən yazacağını gözləmirdi. İş adamı deyir ki, o, yalnız alıcıların ehtiyaclarına səs verərək bu addımı atıb. Beləliklə, amerikalı Mark Smit aktrisa Vupi Qoldberq və reper Snup Doqqla yanaşı, öz fəaliyyətini qanuni şəkildə marixuanayla əlaqələndirən sahibkarlardan birinə çevrilib.
ABŞ federal qanunvericiliyinə görə, marixuana qadağan edilən maddələr sırasına daxildir. Hətta az miqdarda belə çətənənin saxlanılması qanunsuzdur. Amma ABŞ ştatlarının əksəriyyətində (Tumbleweed Express Drive-Thru-nın yerləşdiyi Kolorado ştatı da daxil olmaqla), müalicə məqsədi ilə narkotikdən istifadə etməyə icazə verilib.