Avtoreyd.Az Gündəm Avtomobillər texniki baxışdan yeni qaydalarla keçiriləcək

Avtomobillər texniki baxışdan yeni qaydalarla keçiriləcək


Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçiriləcək.
AvtoReyd.Az reporta istinadən xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanununa dəyişikliklər təklif edilir.
Layihə Milli Məclisə prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olub.
Layihəyə əsasən, bu qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3.5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinin – istehsal olunduğu vaxtdan 1 il müddətinə texniki baxışdan keçirilməməsi nəzərdə tutulur.
Qanuna əsasən, istehsal olunduqları vaxtdan 4 il keçdikdə 2 ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə – ildə bir dəfə texniki baxışın keçirilməsi nəzərdə tutulur.
Bu təklif texniki baxışı həyata keçirən qurumların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Related Post

“Koroğlu” metrostansiyasının qarşısındakı avtobus dayanacağı ləğv ediləcək – VİDEO“Koroğlu” metrostansiyasının qarşısındakı avtobus dayanacağı ləğv ediləcək – VİDEO

Bakı Nəqliyyat Agentliyi (BNA) metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında nəqliyyatın xaotik hərəkətinin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı təkliflər hazırlayıb.

Prezident İlham Əliyev Bakının Yasamal rayonunda yeni tikilən yolların açılışında iştirak edib ( VİDEO)Prezident İlham Əliyev Bakının Yasamal rayonunda yeni tikilən yolların açılışında iştirak edib ( VİDEO)

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda keçmiş “Sovetski” adlanan ərazidə Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq yeni tikilən yolların açılışında