Avtoreyd.Az Gündəm Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi təmir olundu – VİDEO / FOTO

Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi təmir olundu – VİDEO / FOTO


Təmir olunan küçənin uzunluğu 1 km, eni isə 10 metr təşkil edir.

Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Bunun əvəzinə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. 

Ümumilikdə 10 min m2-dən çox sahənin asfaltlanması, bundan başqa səkilərin kənarlarına isə 1500 paqon-metr yeni səki daşının düzülməsi işləri aparılıb.

Təmir işləri çərçivəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətirilib, yeni yağış barmaqlıqları qoyulub, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Bundan başqa zəruri olan yerlərə yol nişanları quraşdırılıb, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

AvtoReyd.Az

Related Post

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin instagram səhifəsi artıq bu gündən etibarən fəaliyyətə başlayıbDİN-in Baş Dövlət Yol Polisi İdarəsinin instagram səhifəsi artıq bu gündən etibarən fəaliyyətə başlayıb

Müasir dövrdə sosial şəbəkələrin həyatımızda əhəmiyyətli rol oynadığı danılmazdır. İnformasiya mənbələri içərisində bir çox kriteriyalar üzrə rəqib tanımayan sosial şəbəkələrə maraq isə günü-gündən artmaqdadır. Bu barədə qurumun mətbuat xidmətindən bildirilib.