Avtoreyd.Az Hadisə Bir ay əvvəl işdən çıxarılan rəis qəzada öldü

Bir ay əvvəl işdən çıxarılan rəis qəzada öldü


Göyçay rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA TV-nin  xəbərinə görə, hadisə ötən gecə saat 1:00 radələrində Göyçay-Ucar avtomobil yolunda qeydə alınıb.

Rayonun Çayarxı kənd sakini, 1979-cu il təvəllüdlü Xəyal Xanlar oğlu Məmmədov özünə məxsus “Toyota Camry” markalı minik avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı Xəyal Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, polis kapitanı Xəyal Məmmədov bir neçə il idi ki, Göyçay rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi vəzifəsində çalışırdı və bir ay öncə işdən çıxarılmışdı.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

http://www.youtube.com/watch?v=nNPXtHsVwyw

Related Post

ABŞ-da cinayətkarın sürətli avtomobil yolunda yaxalanma anı qeydə alınıb – VİDEOABŞ-da cinayətkarın sürətli avtomobil yolunda yaxalanma anı qeydə alınıb – VİDEO

Avtoreyd.az “Report”a istinadən bildirir ki, İnternetdə Amerikanın Detroyt şəhərində cinayətkarın polis əməkdaşları tərəfindən epik yaxalanma anının vertolyotdan çəkilmiş görüntüləri dərc olunub. Videokadrlarda görünür ki, cani hüquq mühafizəçilərindən qaçmaq istəyərkən sürətli avtomobil