Avtoreyd.Az Gündəm “Formula-1”-də qalmaqal: Milyarder həbs olundu – FOTO

“Formula-1”-də qalmaqal: Milyarder həbs olundu – FOTO


Beynəlxalq “Formula-1” avtoçempionatında çıxış edən “Force İndia” komandasının sahibi, milyarder iş adamı Vicay Mallya Londonda həbs olunub.

AvtoReyd.Az milli.az a istinadən bildirir ki, Hindistandan olan 61 yaşlı milyarder fırıldaqda, saxtakarlıqda və çirkli pulları yumaqda suçlanır.

Dünən o, London Məhkəməsinə cəlb olunub. Məhkəmənin qərarına görə, V.Mallya vətəni Hindistana ekstradisiya ediləcək. O, fevralın 8-dən bəri Hindistanda axtarışdadır.

Yerli banklar ondan 1,45 milyard dollara çatan borcları almağa çalışırlar.

Related Post