Avtoreyd.Az AvtoSığorta Sığorta sahəsində kadr çatışmamazlığı yaşanmaqdadır.

Sığorta sahəsində kadr çatışmamazlığı yaşanmaqdadır.


Ölkəmizdə sığorta tarixinin çox olmasına baxmayaraq sığorta şirkətlərində spesfik sahələrdə kadr çatışmamazlığı yaşanmaqdadır. Məsələn sığorta hadisəsi baş verən zaman hadisə yerinə çıxış edib faktı tənzimləyən şəxlər-qəza komissarlarıdır. Yəni bu vəzifə sığorta şirkətinin ən məsul və spesfik kateqoriyalarına aid olan hissəsidir. Maraqlıdır ki, bu sahə ilə bağlı ən yaxın qonşularımız olan Rusya, İran və Türkiyə təcrübəsində bu sahəyə xüsusi önəm verilməsi hətta sığorta hadisələrinə qiymət verilərkən onların apardıqları tədqiqat və araşdırmalar aidiyyatı orqanların yəni Polis, FHN və s. qurumların son nəticədə verdikləri qərarlara əhəmiyyətli təsirini göstərir.

Ölkəmizdə sığorta mübahisələrini yaradan səbəblərdən biri sığorta şirkətlərini təmsil edən qəza komissarlarının  təcrübəsiz olmasıdır. Yəni hazırkı dövrdə qəza komissarlarının nə sığorta agentləri kimi xüsusi imtahanı (atestasiya) və ya hər hansı yolla qəbulu baş vermir. Hətta əksər sığorta şirkətləri onların ali təhsilli olub olmamasına da əhəmiyyət vermirlər. Halbuki şirkətin maliyyə dayanıqlığı onlardan asılıdır. Sığorta şirkətini böyük bir şara bənzətsək onu dolduran sığorta agentləridir desək ən mühüm məqam isə onu saxlayan və boşalmağa qoymayan “ipi” də “qəza komissarını” göstərə bilərik.  Lakin sığorta şirkətləri  qəza komissarlarını  fotoqraf-sürücü kimi qəbul  edirlər. Təsəvvür edin hadisə baş verir hadisə yerinə böyük bir şirkəti təmsil etmək üçün vəzifə “qəza komissarı”na həvalə edilir. O sığortanın müştəri yanında simasıdır. Müştəri dərdini deyəcəyi və ona sahiblənəcək insanı gözləyir. O gəlir, müştəri ondan hər hansısa bir hərəkət və ya yardım gözləyir. O isə şəkilləri çəkib gedəcəyini bildirir.

 

 “Əslində qəza komissarı necə olmalıdır?”

İlk öncə qəza komissarı:

  • Gülərüz və stresə davamlı olmalıdır- Hadisə zamanı iştirakçılar hər zaman gərgin, əsəbləri tarıma çəkilmiş vəziyyətdə olurlar. Bu zaman komissarın vəziyyəti ələ alması çox mühümdür.
  • Hüquqi təhsilin olması önəmlidir-Hadisə yerinə çıxış zamanı hadisə yerində hər kəs ona qarşı ola bilər yəni ehtimal var ki, dəymiş zərər qarşılanmaq üçün komissar gəlməmişdən sığorta mənzərəsi yaradılmışdır.Məsələn hadisə zamanı günahkarın(zərərvuranın) ziyanı çox, günahsızın(zərəçəkənin) ziyanı azdır. İştirakçılar və polis danışığa gedə bilər. Bütün bunların ortaya çıxması üçün qəza komissarının bu qədər professional olması lazımdır.
  • Qəza komissarı qızıl ortanı tapmalıdır- Hadisə yerində polis bitərəfdirsə günahkar və günahsızı  müəyyən etməlidir. Bu anda polis də səhvə yol verə bilər. İnsan faktoru amili var. Lakin komissar bütün bunları nəzərə alaraq öz inamına və qanunun icazə verdiyi hallarda yoxlama aparmalıdır.

“Hadisə yerində qəza komissarını nə qədər gözləməliyik?”

Qanunvericilik qəza komissarının nə qədər gözlənilməsi anlayışını müxtəlif  yollarla və şəraitə uyğun qiymətləndirilməsini deyir.Yəni adətən komissar sığorta şirkətinə məlumat verildiyi andan 30-40 dəqiqə müddətinə hadisə yerində ola bilər.(yolun yaxın və uzaq olmasından asılı olaraq) . Lakin  günün pik vaxtlarında saat 08:50-09:50 və 17:50-18:50 arası, yolda baş vermiş tıxaclar zamanı və ya komissarın hadisəsinin çox olması  da istisna hal ola bilər. Bu zaman komissar şəxsləri sığorta şirkətinə dəvət edə  və ya qeydiyyata alınmış aidiyyatı üzrə polis idarəsinə yaxınlaşmasını deyə bilər.

 

 

 

Zərər məbləği 1000 AZN-i aşmayan hadisələrdə isə hətta sığorta şirkətinin nümayəndəsini belə çağırmadan tərəflər öz aralarında razılığa gəlib sığorta şirkətinə yaxınlaşa bilərlər.

Sığorta üzrə ekspert-hüquqşünas

 İlkin İbrahimov.

Related Post

Azərbaycanda icbari avtosığorta üzrə kağız müqavilələr dövriyyədən çıxarılıbAzərbaycanda icbari avtosığorta üzrə kağız müqavilələr dövriyyədən çıxarılıb

vtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə kağız daşıyıcıda bağlanmış müqavilələrin (şəhadətnamələrin) təminat müddəti ötən gün başa çatıb. Bu barədə  İcbari Sığorta Bürosundan bildirilib. Məlumata görə, bununla da, kağız

İcbari sığorta fəaliyyəti ilə məşğul olmağa icazəsi olan sığorta şirkətləri.İcbari sığorta fəaliyyəti ilə məşğul olmağa icazəsi olan sığorta şirkətləri.

  İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmiş sığortaçılar: “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 13 dekabr 2011-ci il tarixdə İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir. “Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən həyata