Gündəm

“Ford” itlərə qulluq edəcək robot yaradır

ABŞ-ın avtomobil istehsalçısı olan “Ford” şirkəti yaxın zamanlarda robotlar yaratmağı planlaşdırır.
lent.az-ın “actualnews.org” saytına istinadən verdiyi məlumata görə, ilk nüsxə robot itlərə qulluq üçün yaradılacaq.

Məlum olub ki, bu robotu kompüter və ya smartfonla idarə etmək mümkün olacaq. Cihazın öhdəliklərinə ev heyvanına qulluq, onun gəzdirilməsi və əyləndirilməsi daxildir. Heyvanın robotun nəzarəti altına buraxmaq və ona kənardan idarə etmək mümkün olacaq.

Cihaz itə verilən əmrlərin yerinə yetirilməsi üçün onun sahibinin səsi ilə çağıracaq dinamiklə təchiz ediləcək. Robotun daxilində su konteyneri də olacaq ki, ehtiyac yarananda açılacaq və ev heyvanı su içə biləcək. Robot başqa qabiliyyət və üstünlüklərə də malikdir, amma bütün bunlar barədə cihazın təqdimatında danışılacaq.

Buna bənzər layihə gələcəkdə şəhərlərin inkişafı üzrə proqram çərçivəsində yaradılır.

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.