Amerikanın Oklahoma ştatının Sperri şəhərindən olan  polis, sürət həddini  aşdığı üçün özünü cərimələyib. Bu haqda ABŞ-ın United Press İnternational (UPİ) informasiya agentliyi məlumat yayıb.

Sperri şəhər sakinlərindən biri saatda 130 kilometrdən artıq sürətlə hərəkət edən avtomobilin videosunu  çəkib. Həmin nəqliyyat vasitəsinin sükanı arxasında isə Sperri şəhərinin polis idarəsinin rəhbəri Jastin Berç olub. Bu video ilə qarşılaşan Jastin Berç, Facebook vasitəsilə şəhər sakinlərinə müraciət edib.

“Mənim tələsməyimin səbəbi olub, lakin sürəti artıqmağım düşüncəsiz bir hərəkətdir”, – Jastin Berç  sosial şəbəkədə belə yazdıqdan sonra bildirib ki, vətəndaşdan daxil olan şikayətdən sonra özünü cərimələyib və qayda pozan istənilən şəxs kimi cəriməni ödəyəcək. Qayda pozuntusu  ona 300 dollara başa gələcək.

Berç jurnalistlərə etiraf edib ki,  əgər video olmasaydı, o,  özünü cərimə etməyəcəkdi. “Əgər mən ələ keçmişəmsə, onda  başqaları kimi, öz hərəkətlərimə görə cavab verməliyəm”,- Sperri  şəhərinin polis idarəsinin rəhbəri belə deyib.

http://www.youtube.com/watch?v=hUfYJrlNCSs

By