Avtoreyd.Az Gündəm Avtomobilini göstər, mən də deyim sən hansı peşənin sahibisən

Avtomobilini göstər, mən də deyim sən hansı peşənin sahibisən

| | 0 Comments | 03:08

Ekspertlərin apardıqları tədqiqatının nəticələri, adamı bir az təəccübləndirir…

“Avtomobilini göstər, mən də deyim  sən hansı peşənin sahibisən”, – bu ifadə, ən azından Almaniyada yeni atalar sözü ola bilər. Alman sığorta şirkəti Transparo, peşə sahiblərinin zövqündən asılı olaraq üstünlük verilən avtomobillərin reytinqini tərtib edib. Məlumatlar 60 000 sığorta şəhadətnaməsi  əsasında toplanıb.

Reytinqə liderliyi Opel markasından olan avtomobillər edir. Rəngsazların 17,5%-i bu markalı avtomobilləri idarə edir. Reytinqin növbəti pilləsində isə həkimlər qərar tutub. Sıralamada  14,6 % təşkil etməklə onlar, BMW markalı avtomobillərə üstünlük veriblər. Renault markalı avtomobilləri isə  ofis işçiləri və satıcılar idarə edir. Onların faiz göstəriciləri  isə 7,4% və 7,3% təşkil edir.

İtaliyanın  FIAT markasını  çox vaxt stomatoloq assistentləri seçir -7,5 %.  Həkimlər, proqramçılar isə yapon istehsalı olan Toyotaya  üstünlük verirlər- 7,5%.  Yeri gəlmişkən, avtomobil markaları arasında daha çox fərqlənən fransız istehsalı olan Citroen olub. Bu avtomobil markasından ən çox elektrik sənayesi işçiləri, katibələr və müəllimlər  istifadə edir. Onlar orta hesabla digər peşə sahiblərindən 70 % daha çox Citroen markalı avtomobillərə üstünlük verirlər.

Related Post

Uşağı maşın vurdu, sürücü davaya çıxdı – Polis hərəkətə keçdi (Video)Uşağı maşın vurdu, sürücü davaya çıxdı – Polis hərəkətə keçdi (Video)

Bakıda velosipedlə yolu keçmək istəyən uşağı avtomobil vurub. AvtoReyd.Az Xezerxeber.az-ə istinadən məlumat verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib. Hadisənin görüntüləri isə ərazidəki təhlükəsizlik kamerasına düşüb. Sürücü dərhal

Deputatdan maraqlı təklifDeputatdan maraqlı təklif

“Təqaüdçülərə ictimai nəqliyyatdan pulsuz istifadə etmək barədə düşünmək olar”. AvtoReyd.Az “report”a istinadən xəbər verir ki, bunu deputat Elmira Axundova parlamentin plenar iclasında deyib. “Gələn ilin büdcəsində müxtəlif növ kateqoriyalı insanlar