Avtoreyd.Az Gündəm Axşam 22:00-dan etibarən bu yollardan keçməyin

Axşam 22:00-dan etibarən bu yollardan keçməyin


“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Xəzər rayonu, Qala – Şüvalan yolunda (“Azal Arena”nın yolu) müvafiq işlər aparılır.
ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
Anoloji işlər bu axşam 22:00-dan etibarən Moskva prospekti, Biləcəri dairəsində, həmçinin Nəsimi rayonu, A.Bakıxanov və Ceyhun Hacıbəyli küçələrində ( A.Bakıxanov küçəsindən Hənifə Ələsgərova küçəsinədək) də aparılacaq. Burada işlər səhər saatlarınadək yekunlaşdırılacaq.
“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.AvtoReyd.Az

Related Post

Osman Gündüz “Dizel yanacağın qiymətinin birdən- birə 33% qaldırılması məntiqsiz və anlaşılmazdır”Osman Gündüz “Dizel yanacağın qiymətinin birdən- birə 33% qaldırılması məntiqsiz və anlaşılmazdır”

Dizel və benzinin qiymətinin artımı ilə bağlı sosial şəbəkə istifadəçiləri narazılıqlarını qizlədmir. Bəs görəsən, bu artım əhalinin yaşayış tərzinə nə dərəcədə təsir edəcək? Yaşayış tərzi deyəndə ilk öncə kənd təsərrüfat

Vüsal Kərimli: “Bakıda fəaliyyət göstərən avtobusların 50 faizinin yenilənməsi zərurəti var”Vüsal Kərimli: “Bakıda fəaliyyət göstərən avtobusların 50 faizinin yenilənməsi zərurəti var”

“İctimai nəqliyyat üzrə aparılmış təhlillər nəticəsində Bakı şəhərinin avtobus marşrut xətlərində təkrarlanmaların mövcud olması aşkarlanıb. Şəhər və şəhərsalmaya uyğun olmayan xətlər optimallaşdırılıb, daşıyıcıların sayı 57-dən 48-ə, marşrut xətlərinin sayı isə