Avtoreyd.Az Avtoxəbər Mayın 1-dən bu ölkədə məmurların avtomobillərinə sayrışan işıqlar (“miqalka”) quraşdırmaq qadağan olunacaq

Mayın 1-dən bu ölkədə məmurların avtomobillərinə sayrışan işıqlar (“miqalka”) quraşdırmaq qadağan olunacaq

| | 0 Comments | 07:23

 

Hindistanda  mayın 1-dən sayrışan işıqlardan (“miqalka”dan)  istifadəylə bağlı qadağa qüvvəyə minəcək.  Məmurların və istənilən vəzifəli şəxslərin avtomobillərinə xüsusi siqnal elementləri  quraşdırmaq artıq mümkün olmacayaq. Bu haqda BBC xəbər yayıb.

Hindistanın Maliyyə naziri Arun Cetli bildirib ki, “heç bir avtomobil qırmızı siqnal [işıldayan mayak] almayacaq” və bu sualla bağlı “istisnalar olmayacaq”. Beləliklə, ölkədə sayrışan işıqlar (“miqalka”lar) yalnız təcili xidmət avtomobillərində olacaq,  polis avtomobilləri və digər nəqliyyat vasitələri isə göy işartılı işıqlarla təchiz ediləcəklər.

Bununla da hökümət yolların yüklənməsini azaltmaq və hərəkət zamanı VIP-prinsiplərdən qurtulmaqla bağlı qərar verib. Buna qədər isə sayrışan işıqlı (“miqalka”lı) avtomobildə olan məmurların, yollarda vəziyyəti daha da ağırlaşdırması və ictimai nəqliyyatla yanaşı, adi avtomobillərin də hərəkətinə mane olması düşünülürdü. Həmçinin məmurların sayrışan işıqlı (“miqalka”lı) avtomobillə hərəkət etməsi, onların öz statuslarına da mənfi şəkildə zərbə vurduğu hesab olunurdu. Hindistanın baş naziri Narendra Modi  qərarı belə şərh edib: “Hər bir hindli özü-özlüyündə fövqəladədir. Hər bir hindli, VIP-şəxsdir”.

Related Post