Avtoreyd.Az Gündəm Yağış yağacaq, dolu düşəcək, güclü külək əsəcək – XƏBƏRDARLIQ

Yağış yağacaq, dolu düşəcək, güclü külək əsəcək – XƏBƏRDARLIQ


Aprelin 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN-dən  verilən məlumata görə, gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 7-9 dərəcə isti, gündüz 14-18 dərəcə, Bakıda gecə 7-9 dərəcə isti, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 22-23-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 22-də güclü xəzri küləyinin 23-də arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında aprelin 22-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 5-10 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Aprelin 22-dən 25-dək ölkə ərazisində hava şəraitinin küləkli olacağı, qərb və şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı, 24-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.APA

http://www.youtube.com/watch?v=4E9xwJr5YiE

Related Post

Bakıda kanalizasiya tullantıları maşınla daşınaraq yol kənarına tökülür – VİDEOBakıda kanalizasiya tullantıları maşınla daşınaraq yol kənarına tökülür – VİDEO

Quyulardan çıxan kanalizasiya tullantılarını maşınla daşıyaraq yaşayış evlərinin yaxınlığına tökürlər. Nəticədə də yaxınlıqda yaşayan sakinlər üçün problem yaranır. Xezerxeber.az məlumat verir ki, söhbət Abşeron rayonu Mehdabad qəsəbəsi ”Binəqədi Gənclər Şəhəriciyin”də

Ramil Usubov polis əməkdaşlarından etik davranış qaydalarına əməl etmələrini tələb edibRamil Usubov polis əməkdaşlarından etik davranış qaydalarına əməl etmələrini tələb edib

Bu gün Daxili İşlər Nazirliyində (DİN) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimindəki nitqindən irəli gələn və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Naziryanı geniş əməliyyat müşavirəsi keçirilib. Nazirliyin Mətbuat xidmətindən