Avtoreyd.Az Hadisə ABŞ-da sərnişin pilota niyə hücüm edib? (video)

ABŞ-da sərnişin pilota niyə hücüm edib? (video)

| | 0 Comments | 03:09

 

ABŞ-ın Missuri ştatının Kanzas-Siti aeroportunda sərnişin pilota hücum edib. Bu haqda KMBC 9 News məlumat yayıb.

İnformasiyaya görə, Edvard Foster adlı sərnişin American Airlines aviaşirkətinin reysiylə onunla birlikdə Dallasdan (Texasdan) sərnişin qismində uçan pilota hücum edib.

Foster, kimliyi açıqlanmayan pilotu hava limanının çıxışında yaxalayıb. O, pilotu tutaraq yerə yıxmağa çalışıb, həmçinin iki dəfə də itələyib. Pilot isə bu zaman çıxışa doğru atılıb, 49 yaşlı sərnişin isə onu təqib etməyə davam edib.

Zərər çəkmiş əvvəlcə polisə şikayət ərizəsi verməkdən imtina etsə də, sonradan  fikrini dəyişib.

İnsidentlə bağlı araşdırmalar nəticəsində  Foster deyib ki, guya pilot təyyarədə həddən artıq çox yer tutub və ona hörmətsizlik edib.

Nəticədə, sərnişini pilota qəsdən bədən xəsarətləri  yetirməkdə ittiham ediblər.

Məlum olub ki, sən demə hücum nəticəsində pilot ayaqlarından travma  alıb və onun bazu önündə (dirsəklə pəncə arasındakı hissə) göy ləkələr əmələ gəlib.

Related Post

“Eleonora” fırtınası turistləri havada tələyə salıb (Video)“Eleonora” fırtınası turistləri havada tələyə salıb (Video)

Qorxulu kadrlar Avstriyada, Montafon vadisindəki dağ xizək kurortunda çəkilib.AvtoReyd.Az bildirir ki,”Eleonora” fırtınası zamanı turistlər, qaldırıcı mexanizmdə bloklanmış vəziyyətə düşüblər. Güclü külək onların olduqları kabinanı şiddətlə yırğalayıb. Xoşbəxtlikdən heç kəs zərər çəkməyib.