Avtoreyd.Az Gündəm Küləkli hava şəraiti davam edəcək

Küləkli hava şəraiti davam edəcək


Aprelin 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, axşam buludluluğun artacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 7-9, gündüz 15-19 dərəcə olacağı gözlənilir. Bakıda gecə 7-9, gündüz 16-18 dərəcə isti olacaq.

Aprelin 24-də isə Bakıda və Abşeron yarımadasında  güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir. Atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi meteohəssas insanlar üçün əlverişsizdir.

Aprelin 23-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, lakin axşam bəzi qərb rayonlarında,  şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 20-25 dərəcə, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.  AvtoReyd.Az

http://www.youtube.com/watch?v=vtBdWh7z2rs

Related Post