Avtoreyd.Az Dörd çarx ABŞ ordusu yaralıları dronlarda nəql edəcək.

ABŞ ordusu yaralıları dronlarda nəql edəcək.


AvtoReyd.Az xəbər verir ki,ABŞ-ın Hərbi Hava Qüvvələrlərinin xüsusi komissiyası 250 kilometrə qədər məsafəyə yaralıları daşımaq qabiliyyətinə malik pilotsuz uçucu aparatın sınaqlarını davam etdirir. Dronun qabaritləri 2×0.5 m, döyüş  şəraitində texnikanın aşkar edilmə riskini aşağı salır.

DP – 14 Hawk məsafədən idarə olunur.Trayektoriyanın dəqiqliyi xüsusi kameradan, lazerlərdən və jiroskopdan istifadəni zəmanət verir. Süni intellektin sayəsində modelin özü ağaclarla və başqa maneələrlə toqquşmadan çəkinərək marşrutu seçir.Texnikanın hərəkətlərinin hamarlığına nə ekstremal şərait,nə də iqlim şəraiti  təsir etmir.O, sahədə hətta külək,yağış,güclü tüstü zamanı yaxşı yönəlir . Dronu üçün helikopter meydançası həmçinin lazım olmayacaq — o istənilən yerə enə və nöqtədən uça bilər.

Yeni modelin yükqaldırma qabiliyyəti 200 kq təşkil edir. İçəridə təchiz edilmiş xüsusi kamera yaralının fiziki vəziyyəti üçün ziyansız daşımağa imkan yaradır.

Related Post

Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun asfaltlanması işlərinə başlanılıb – VİDEO / FOTOSaatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun asfaltlanması işlərinə başlanılıb – VİDEO / FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına  əsasən uzunluğu 14 km olan Saatlı rayonu, Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun “Azəravtoyol” ASC tərəfindən texnoloji ardıcıllığa riayət etməklə, tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə