Avtoreyd.Az Hadisə Kişiyə qaraj tikməyə imkan vermədilər, amma o hamını aldadaraq çıxış yolu tapdı(Foto)

Kişiyə qaraj tikməyə imkan vermədilər, amma o hamını aldadaraq çıxış yolu tapdı(Foto)


Çox güman ki, müasir şəhərin hər bir sakini arzu edir ki, yaşadığı həyətdə böyük avtoparkinq və eybəcər qaraj olmasın.

Amma bu arzular  avtomobil meydana çıxana qədərdir.  Alınan nəqliyyat vasitəsi ilə birlikdə avtomobili harada park etmə problemi də yaranır. AvtoReyd.Az-ın məlumatına görə Brüssel şəhərinin sakini Erik Vekeman öz evinin yaxınlığında avtomobili üçün qaraj tikmək istəsə də,  şəhər bələdiyyəsi ona icazə verməyib. Belə özbaşınalıqla barışmaq istəməyən işgüzar Erik, təslim olmamağa qərar verib. Avtomobili üçün ticarət baxımından elə də gəlir gətirməyən şəxsi ərzaq mağazasını qaraja çevirib.İndi mağazanın vitrinində süd, bulka və pendir əvəzinə avtomobil görsənir.  

Öz qeyri-adi qarajından çıxmaq üçün Erikə əvvəlcə tamamilə funksional dükanının qarşısından yalançı skamyanı  götürmək lazım olur.

Sonra isə böyük pəncərəni və divar hissəsini çəkmək.

Related Post