Yeni krossover 2020-ci ildə satışa çıxarılacaq.
Avtomobilin gücü 306 at gücünə bərabərdir, sürəti isə saatda 180 km-dir. Elektrik avtomobil sürətli enerji toplama sistemiylə təchiz edilib, hansı ki, cəmi 30 dəqiqə ərzində akkumulyatorun 80%-ə qədərini doldurmağa imkan verir. Akkumulyator batareyaları blokunun bir yükləməlik ehtiyatı 500 kilometr məsafə qət etməyə bəs edir.
Yeni avtomobil tamamilə rəqəmsal indikatorlara və idarəetmə orqanlarına malikdir. Bundan başqa, krossover avtopilotla da təchiz edilib – onu işə salmaq üçün sürücüyə, sükanda yerləşdirilən Volkswagen loqotipinin üzərində üç saniyə ərzində əlini saxlamaq kifayətdir. Konsept sərnişini tanıya bilən və onun üçün daha uyğun olanı seçə bilən Volkswagen User-ID sistemiylə təchiz edilib.