34 yaşlı malayziyalı iş adamı Datuk Seri Mahadi Badrul Zaman öz Jaguar S-Type avtomobilini Hot Wheels adlı kolleksiyasından olan 4600 müxtəlif rəngli oyuncaq maşınlarla bəzəyib. Paytaxt Kuala-Lumpur və onun ətraflarında tez bir zamanda məşhurlaşan malayziyalı gənc 13 yaşından Hot Wheels-in balaca oyuncaq maşınlarını toplayır. Hazırda o, 5000 maşından ibarət kolleksiyanın 4600-nü avtomobilinə yapışdırıb.
34 yaşlı malayziyalı biznesmen uzun müddət idi ki, avtomobilinin xarici görkəmini dəyişmək istəyirdi. Onun oyuncaq maşınlardan ibarət böyük kolleksiyası evdə çox yer tutduğundan, belə qərara gəlir ki, topladıqları avtomobillərin əksər hissəsini öz limuzininə yapışdırsın. Necə deyərlər, bir güllə ilə iki dovşanı vurub. 34 yaşlı gəncin sözlərinə görə, hazırda avtomobili Datuk Seri Mahadi Badrul Zamanın həm zövqündən, həm də necə parlaq bir şəxsiyyət olmasından xəbər verir.