Ukraynalı müğənni Svetlana Lobodanın “Təsadüf” adlı klipinin çəkilişlərində əsas səhnələrdən biri zamanı, müğənninin özünün də avtomobildə olduğu vaxt, sükan arxasında baş qəhrəman obrazını canlandıran şəxs, icarəyə götürülən Rolls Royce ilə arxaya doğru hərəkət edən zaman, idarə etməni itirərək avtomobili dəmir qapıya çırpıb. Nəticədə, Rolls Royce-nin bamperi, farası və arxa qanadı zədələnib.
Baş vermiş insident zamanı qorxan və zədə alan müğənni özünə gələnə kimi, klipin çəkilişləri iki saatlıq dayandırılıb.
Lobodanın çoxdankı pərəstişkarı olan avtomobil sahibləri çəkiliş meydançasında baş verənlərə anlayışla yanaşaraq, təxminən 40 min dollar həcmində dəymiş zərərin ödənilməsi ilə bağlı müğənniyə qarşı tələb irəli sürməyiblər.