Avtoreyd.Az Gündəm Bakı Dəmiryolu Vağzalında ixtisarlar

Bakı Dəmiryolu Vağzalında ixtisarlar


Bakı Dəmir Yolu Vağzalının kassalarında çalışan xəzinədarlar işdən uzaqlaşdırılıb.
AvtoReyd.Az bakupost-a istinadən xəbər verir ki, artıq kassalarda ASAN xidmətin əməkdaşları fəaliyyət göstərir. Bu da əksəriyyəti xanımlardan ibarət olan köhnə kassirlərin işsiz qalması ilə nəticələnib. Bundan qabaq isə ölkədaxili reyslərdə çalışan xanım bələdçilər işdən azad edilərək yalnız Rusiya və Ukrayna istiqamətində gedən qatarlarda işləməyə cəlb olunmuşdu. Məlumata görə, indi qatara bilet almaq istəyən sərnişinlər kassada olan ASAN xidmət əməkdaşlarına yaxınlaşaraq ödəniş edirlər. Bu yenilik sərnişinlərin də ürəyincədir. Belə ki, əvvəllər dəmiryol vağzalının kassalarında bilet tapa bilməyən sərnişinlər “qara bazar”a üz tutmalı olurdu. İndi isə ASAN xidmət vasitəsilə rahat şəkildə bilet əldə edə bilirlər.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova faktı a təsdiqləyib. Bildirib ki, həqiqətən də Bakı Dəmir Yolu Vağzalının kassalarında sərnişin qatarlarına bilet satışı bu ilin mart ayının əvvəlindən ASAN xidmət vasitəsilə həyata keçirilir. Sevinc Qədirova onu da qeyd edib ki, əvvəllər çalışan bilet kassirləri işlə təmin olunacaqlar: “Onlara müvafiq işlər təklif olunacaq”.

Related Post

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ”həbs” etdiyi şəxslərin ŞOK VİDEO MÜRACİƏTİ(Yenilənib)Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ”həbs” etdiyi şəxslərin ŞOK VİDEO MÜRACİƏTİ(Yenilənib)

Hörmətli oxucular, 27.11.2017 tarixində Zaur İbrahimov, Samir Doroşenko və Fuad Rüstəmli saxlanılıblar və Zaur İbrahimov tərəfindən saytımıza ünvanlanan videomüraciət, həmin vətəndaşın növbəti videomüraciəti əsasında Avtoreyd.az-dan götürüləcək. Müraciəti Sizə təqdim edirik. ————————————————————————-

Zığ-Hövsan yolunun yenidən qurulması sürətlə davam etdirilir – VİDEO / FOTOZığ-Hövsan yolunun yenidən qurulması sürətlə davam etdirilir – VİDEO / FOTO

“Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ına əsasən Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin əsaslı şəkildə yenidən qurulması işləri “Azəravtoyol” ASC tərəfindən texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə