Avtoreyd.Az Gündəm Dünyada ən bahalı avtomobil nömrələri neçəyə satılır və onları kim alır?

Dünyada ən bahalı avtomobil nömrələri neçəyə satılır və onları kim alır?

| | 0 Comments | 01:05

 

Birləşmiş Ərəb Əmirliklərində Roads and Transport Authority dövlət təşkilatı, avtomobil nömrələri ilə bağlı keçirdiyi təkcə  son üç hərrac ərzində 141  148  000 dirhəm və ya 38 milyon 400 min dollar qazanıb. Hansı nömrələr belə baha satılır və  onları kim alır?

Avtomobil nömrələri hərracında hazırda rekord qiymət 14 200 000 dollar təşkil edir. 2008-ci ildə alqış sədaları altında Səid Əbdül Cəfər Əl Huri  adlı şəxs Əbu-Dabi  əmirliyinə aid 1 rəqəmli avtomobil nömrəsini öz Bugatti Veyron-u üçün alıb. Bütün bunlar yerli əhalisi azlıq təşkil edən ölkədə baş verib. Onu da qeyd edək ki, BƏƏ-də 72 000 nəfərin hər birinin sərvəti ayrı-ayrılıqda bir milyon dollardan artıqdır.

BƏƏ-nin digər əmirlikləri Əbu-Dabidən ərazi baxımından kiçik, həm də “daha kasıbdırlar”. Odur ki, Şarja əmirliyindəki ən qiymətli avtomobil nömrəsi sahibinə çox “gülməli” qiymətə, cəmi-cümlətani  4 900 000 dollara başa gəlib. Amma paradoks ondadır ki, bu məbləğə əldə edilən nömrə bərkidiləcəyi istənilən avtomobildən qat-qat bahadır. Elə götürək həmin o “Veyronları”, hansılar ki, 450 ədəd buraxılıb, amma məşhur nömrə cəmi bir dənədir.

İkirəqəmli nömrə göründüyü kimi daha ucuz başa gələcək 500 000-dən 2 000 000 dollara qədər. Üçrəqəmli nömrələr arasında 488, 911, 918 avtomobil modelləri indeksi çox məşhurdur. Dördrəqəmli nömrələri isə təvəllüd və ya üç il sonra BƏƏ-də keçiriləcək Ekspo-2020 ümumdünya sərgisinin tarixiylə əlaqədar əldə edirlər.

Hərraclar zamanı məzəli hadisələr də baş verir. Elə də olur ki, insan nömrə alır, depoziti ödəyir, amma köçürdüyü məbləğ lotun bütün  dəyərini əhatə edə bilmir. Məsələn, Abdulla Əl Məhri adlı bir şəxs 8 400 000 dollara Əbu-Dabi əmirliyinə məxsus bir rəqəmli nömrə nişanı alıb və auksionçulara hesabında olmayan bir məbləğ qeyd olunan çek təqdim edib.

Abdulla Əl Məhri görünür nömrəni bir təhər də  olsa daha baha qiymətə sataraq, xərclərini örtməyə hazırlaşırmış. Lakin Roads and Transport Authority ona qazandığı lotu verməyərək, sadəcə işi məhkəməyə göndərib.

Tədricən BƏƏ-də nömrələrin satışı ətrafında xüsusi mənfəətdar insanlardan ibarət çevrə yaranıb, hansılar ki, nəinki öz statuslarını yüksəltməyə, biznes-partnyorların gözündə bərk gedən kimi görünməyə və ya uğurlu nikah tərəfdaşı qazanmağa, həm də kiminsə şöhrətpərəstliyi sayəsində varlanmağa çalışırlar.

Nadir nömrə nişanlarının qiyməti hələ ki, yalnız artır və investorlar onları avtomobillərə bərkitməyə tələsmirlər — bu həm qiyməti aşağı sala bilər, həm də eksklüzivliyi.

Bu bazarın məşhur tacirlərindən biri Abdulla Əl Həmmadi, ümumi dəyəri hardasa 19 000 000 dollar olan yeddi min  ədəd dövlət nömrə nişanlarına sahibdir.  Bir müddət əvvəl o, 7 600 000 dollara nömrə alıb-satıb, hansı ki, nə vaxtsa ona cəmi  3 200 000 dollarda başa gəlib.

Ajiotaj və eksklüzivliyi qorumaqla Roads and Transport Authority satış üçün nəzərdə tutulan bütün mövcud kombinasiyaları birdən nümayiş etdirmir. Hər bir nömrəyə müəyyən ilkin qiymət təyin etməklə, konkret hərracı diqqətlə seçir. Bəzən lotu elə böyük məbləğdə müəyyən edir ki, heç də həmişə öhdəsindən gəlmək olmur.

Məsələn, Q seriyalı Dubaya məxsus 2 nömrəsi ilə bağlı belə bir hal yaşanıb. İlkin satış qiyməti 8 900 000 ABŞ dolları ilə start götürən bu lot satılmayaraq qalıb. Amma əvəzində həmin qiymətə olan D prefiksli nömrə iş adamı Balvinder Səhaniyə qismət olub.

Hindli Səhani Küveytdə anadan olub,amma Dubayda yaşayır, BƏƏ-də tikinti biznesi ilə məşğuldur və  deyir ki, hətta 2007-2008-ci illərdə dünyanı bürüyən iqtisadi böhran zamanı belə mənfəətini qoruya bilib. Onun rəqəmlərə olan həvəsi hələ 20 il əvvəl Küveytdə bir şəxsdən 300 000 dollara telefon nömrəsi aldığı zaman başlayıb.

Səhaninin sözlərinə görə, hazırda Hindistanda, Küveytdə və BƏƏ-də onun, ümumi qiyməti təxminən 100 milyon dollar olan üç ən gözəl telefon nömrəsi, həmçinin 15 avtomobil nömrəsi var.

Şöhrətpərəstlik və özünü göstərmək üçün əldə edilən nömrənin alınmasından doğan sevinc, hindunun sözlərinə görə, çox tezliklə də yox olur. Səhaninin marağı başqadır: o, nömrə azarına tutulub. Onun sevimli və  uğurlu rəqəmi isə  doqquzdur.

Buna görə də hindli yalnız doqquzuncu küçədən ev alıb, şəxsi ofisi də doqquzuncu mərtəbədə yerləşir, hətta ən bahalı avtomobil nömrəsini də ümumilikdə topladıqda doqquz rəqəmi alınır.

Odur ki, hərracda Səhani qorxusuz və qınaqsız sövdələşir. Onun 16 rəqibi  D5 üçün qiyməti minlərə artırdıqları zaman, hindu tez bir zamanda milyona keçib. Onun kolleksiyasındakı Dubaya məxsus ikinci bahalı 09 nömrə nişanı, hindliyə 6 600 000 dollara başa gəlib. Bu gün Səhaninin əldə etdiyi  hər iki nömrə  onun altı  Rolls-Royce-dan ikisini bəzəyir.

Hərraclardakı son dərəcə yüksək məbləğlərdən bəzən, hətta alıcıların xanımları belə baş aça bilmir. Amma ticarətdən əldə edilən külli-miqdarda qazanc kimlərinsə cibinə getmir, sadəcə Roads and Transport Authority-in sonsuz infrastruktur layihələrinə yönəldilir.  Hansılar ki, BƏƏ-ni daha rahat və daha təhlükəsiz edir və ya, məsələn, yol qəzaları qurbanlarının reabilitasiyası fonduna köçürülür.

Səhani kimi insanlar üçün bu cür hərraclar, ölkə üçün xeyriyyəçiliyin daha bir formasıdır, hansı ki, onlara çalışmaq və böyük sərvət qazanmaq imkanı verib.

Faktiki olaraq isə həm də əlverişli investisiya deməkdir. Hər halda o vaxta qədər, Fars körfəzinin sahilində yerləşən bu coşqun cah-calallı guşə hələlik çiçəklənməyə davam edəcək.

 

Related Post