Avtoreyd.Az Gündəm Sürücülərin nəzərinə: “Beş mərtəbə” dairəsi ləğv olundu – VİDEO

Sürücülərin nəzərinə: “Beş mərtəbə” dairəsi ləğv olundu – VİDEO


Paytaxtın ”beş mərtəbə” kimi tanınan dairəsi bu gündən ləğv edilib. Bu dairənində qış parkına birləşdiriləcəyi və Sovetskidən Heydər Əliyev Sarayının arxasına kimi böyük bir parkın salınacağı bildirilir. Bu dəyişiklik isə sürücülərin yolunun uzanmasına səbəb olacaq.

Sovetskidə aparılan yenidən qurma işləri Füzuli meydanındakı dairəyə çatıb. Bu gündən etibarən dairə bağlanılıb və avtomobillərin hərəkət istiqaməti dəyişdirilib.

Sabahdan etibarən dairənin bağlanmış hissəsində parkın salınmasına başlanılacaq . Sovetski kimi tanınan ərazidə işlər yekunlaşdıqdan sonra bu dairənin digər hissəsidə bağlanılacaq, qış parkı ilə Azdramanın arxasında salınacaq park birləşdiriləcək.

İstiqamətin dəyişdirilməsi səbəbi ilə ərazidə sıxlıq yaranıb ki, bu da sürücülərin narazılığına səbəb olub.

Qeyd edək ki, yenidən qurulan Mirzəağa Əliyev və yeni salınan Füzuli küçəsinin davamındakı işlər də yekunlaşmaq üzərədir.

AvtoReyd.Az

Related Post

Sürücü-piyada münasibətlərinin tənzimlənməsi üçün kompleks tədbirlər həyata keçirilirSürücü-piyada münasibətlərinin tənzimlənməsi üçün kompleks tədbirlər həyata keçirilir

Paytaxtda avtomobilləşmənin sürətlə inkişaf etdiyi dövrdə təhlükəsizliyin əsas şərti yol mədəniyyəti – sürücü, piyada məsuliyyətidir. Yollarda qarşılıqlı məsuliyyət, piyada-sürücü, sürücü-piyada münasibətlərinin tənzimlənməsi üçün kompleks tədbirlər həyata keçirilir. Əvvəlki illərdən fərqli