Avtoreyd.Az Gündəm Dünya ölkələrində sürücülər yolda avtomobili necə idarə edirlər?

Dünya ölkələrində sürücülər yolda avtomobili necə idarə edirlər?

| | 0 Comments | 12:14

 

Asiya ölkələrində sürücülərin avtomobili necə idarə etdikləri haqqında məlumat aldıqdan sonra bizim yollardakı problem və tıxaclar, bir o qədər də cansıxıcı görünməyəcək.

Temperamentli Qahirə

Deyəsən Qahirə sürücüləri avtomobili idarə etmə qaydaları ilə tanış deyillər. Çünki buranın temperamentli sürücüləri, ümumiyyətlə qaydalara riayət etmirlər. Avtomobillə qırmızı işıqda keçir, yan işıqları yandırmır, arxa güzgülərə baxmırlar… Əks yola çıxmaq isə Qahirədə normal haldır… Amma ən maraqlısı odur  ki, ərəb ölkələrində yolda dava və münaqişələrə çox nadir hallarda rast gəlinir. Həddən artıq emosional olduqlarına görə ərəblər, əlbəttə, yolda münaqişə edirlər, lakin sonra üzrxahlıq da edirlər, və bununla da münaqişə bitir.

Ərəbsayağı avtomobil idarə etmənin daha bir xüsusiyyəti isə öndə duran avtomobili müntəzəm olaraq tələsdirmək cəhdləridir. Bunun üçün sürücülər müxtəlif üsullardan istifadə edirlər.

Məsələn, əvvəlcə qısa sonra isə uzun müddətli siqnal verirlər. Bu zaman əgər tələsən sürücünün əhval-ruhiyyəsi yaxşı deyilsə, o, hətta qarşısındakı avtomobili  bamperi ilə itələyə də bilər.

Misir, Tunis və ya Mərakeş, hansı ölkə olmasından asılı olamayaraq burada gecə və gündüz daim siqnal verirlər. Aramsız verilən siqnal səsi, istənilən ərəb ölkəsinin sürücüsünün davranışının əhəmiyyətli və tərkib hissəsidir. Onlar səbəb oldu ya olmadı, hər zaman siqnal verirlər. Xasiyyətləri belədir …Və bir də ərəb sürücülərinin aramsız əl-qol hərəkətləri adamı çox təəccübləndirir. Barmaqlarınızı bir yerə yığıb onları silkələməklə, dərhal diqqət çəkəcəksiniz. Bu o deməkdir ki, siz hansısa bir manevr etməyə hazırlaşırsınız.

Avtomobil idarə etmək üçün ən təhlükəli ərəb ölkələri isə Səudiyyə Ərəbistanı və Misir hesab olunur.

Asiyalı sürücülər

İndoneziyada havaya qaldırılmış ovuc və ya “məcik hənd” işarəsi “yol ver” deməkdir. Bu jestdən yalnız sürücülər deyil, həm də piyadalar da istifadə edirlər. Əlini qaldırdınsa, istənilən yerdən yolu keçə bilərsən.

Hərəkəti tənzimləyən şəxs, onun cibinə pul basan sürücünü irəli buraxacaq. Yeri gəlmişkən, burada qazanc məqsədi ilə sadə vətəndaşlar da hərəkəti nizama salır.

Çin sürücüləri avtomobili dayanacağa qoyarkən, onun təkərlərini örtürlər. Bu yolla onlar avtomobillərinin şinlərini itlərdən qorumağa çalışırlar…

Çinli sürücülər it sidiyinin rezini korladığını hesab etsələr də, şin istehsalçıları bu fikirlə razı deyillər. Bununla belə, yenə də çinli avtomobil sahibləri bu cür şinli avtomobildə gəzmək istəmirlər.

Avropanın qəribəlikləri

Avropalı sürücülər də həmçinin öz qəribəlikləri ilə fərqlənirlər. Avropalı sükan arxasına oturan kimi nəzakət, mədəniyyət və qarşılıqlı hörmət anlayışları dərhal itir. Məsələn, Parisdə sürücü avtomobilini park edərkən, ətrafında olan avtomobilləri bamperiylə çəkinmədən itələyə bilər. Buna görə də Fransa paytaxtında nadir hallarda, salamat bamperli avtomobilə rast gəlmək olar.

Statistikaya görə, Avropada ən aqressiv  sürücülər  30 yaşına qədər olan kişilərdir. Məhz onlar həddən artıq səbirsizlikləri ilə fərqlənirlər. Ona görə də qayda  pozurlar: daim yolda yerlərini dəyişir, başqalarına siqnal verir, sürət həddini aşırlar.

Amma necə deyərlər, şər deməsən, xeyir gəlməz. Ekspertlərin sözlərinə görə, ötmə zamanı sürətli hərəkət sayəsində belə sürücülər əks yola keçərkən daha az vaxt sərf edirlər, bu da qarşı-qarşıya  toqquşma riskini aşağı salır.

Aparılan sorğuya  görə, Avropada ən səliqəli sürücülər almanlardır, daha sonra isveçlilər və ingilislər gəlir. Almanlar hamıdan daha sürətli hərəkət edir, amma nadir hallarda qəza vəziyyəi yaradırlar. Lakin, almanların da öz çatışmazlıqları var: işıqforun sarı işığı yandıqda, əyləci basmaq əvəzinə qaz verməklə, yolu keçməyə can atırlar. Bunu Almaniyada sürücülərin 82% etiraf edib.

Related Post