Avtoreyd.Az Gündəm “Su əjdahası” yerüstü sınaqlardan uğurla keçdi – VİDEO

“Su əjdahası” yerüstü sınaqlardan uğurla keçdi – VİDEO


AvtoReyd.Az xezerxeber-ə istinadən məlumat verir ki,Çinli mühəndislər tərəfindən hazırlanan dünyanın ən böyük amfibiya-təyyarəsi AG600 yerüstü sınaqları uğurla başa vurub.

Çinin “Aviation Industry Corporation of China” (AVIC) şirkəti məlumat yayıb.

“Yerüstü sınaqlar uğurla yekunlaşıb. Bu isə o deməkdir ki, təyyarə ilk uçuşa tam hazırdır”, – şirkətdən bildiriblər.

Amfibiyanın su üzərindən ilk uçuşu ilin ikinci yarısına planlaşdırılıb.

AG600 təyyarəsinin (“Su əjdahası”) uzunluğu 36,9 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə 38,8 metr, çəkisi 53,5 ton, sürəti 500 km/saat, uçuş mənzili isə4500 km təşkil edir.

Təyyarə20 saniyə ərzində 12 ton su toplaya bilir. 12 saat havada qala bilən təyyarənin 50 nəfər sərnişin daşıma qabiliyyəti də var.

AG600 təyyarəsi havadan yanğınla mübarizə və axtarış-xilasetmə əməliyyatları üçün hazırlanıb.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=j38t98ZGei4

Related Post