Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron 25 min funt sterlinqə xüsusi dizaynlı bağ furqonu alıb. Həyətində yerləşdirdiyi təkərlər üzərindəki furqonda o, öz memuarlarını yazmağa hazırlaşır. Bu haqda BBC News məlumat yayıb.
Keçmiş baş nazirin sözlərinə görə, furqonun interyeri ilə onun xanımı Samanta və Pol Bennet məşğul olub.
Təkərlər üzərindəki furqona görə Kemeronlar ailəsində artıq mübahisələr də başlayıb. Ceyms Kemeron bildirib ki, övladları furqonu oyun məkanına çevirmək istəyir.
Qeyd edək ki, ötən il Devid Kemeron özü haqqında xatirələr kitabını yazmaqla bağlı müqavilə imzalayıb. Kitabın gələn il çap ediləcəyi gözlənilir.