Land Rover şirkəti qeyri-adi premyeralarsız keçinə bilmir. Bu dəfə Range Rover Velar krossoverinin üzərinə düşüb.

AvtoReyd.Az xəbər verir ki,Velar-ın yeni modelini Parisin ən məşhur küçələrindən biri olan Rivoli-də yerləşən Osman binasının yeddinci mərtəbəsində yerləşdiriblər . Land Rover-in əsas dizayneri MakQovern Ceffrisi sözlərinə görə Fransa paytaxtının mənzərəsi Range Rover Velar silueti üçün əla fonla xidmət edib.Müasir, zərif, qlamur çalarıyla — belə avtomobil  dünyanın ən gözəl şəhərlərindən birinin damında yerləşdirilməsindən yaxşı nə ola bilərdi.

Xatırladaq ki, Land Rover-də həqiqətən qeyri-adi performansı sevirlər. Məsələn, Range Rover modelinin 45-illiyinin şərəfinə 2015-ci ildə yolsuzluq avtomobili  kağızdan düzəldilmiş körpü üzərindən  keçib.2016-cı ilin Noyabr ayında isə,Range Rover Sport-u sürəti saatda 150 km sürətlə dağdan aşağı endiriblər. Məsələ onda idi ki, örtüynün tipləri kəskin dəyişirdi və modelin komplektasiyasına daxil olan assistentlər dərhal reaksiya verməli idilər.

http://www.youtube.com/watch?v=QV4jhPWyz5g