Avtoreyd.Az Hadisə Maaşsız qalmamaq üçün yolda yarışa çıxan avtobus sürücüləri-VİDEO

Maaşsız qalmamaq üçün yolda yarışa çıxan avtobus sürücüləri-VİDEO


Hindistanda həvəskar sürücü tərəfindən qeydə alınan videoda sərnişinlə dolu avtobusun təhlükəli manevrləri əks olunub. -ın verdiyi məlumata əsasən hadisə Hindistanın Tamilnad ştatında Koimbatorla Pollaçini birləşdirən yolun 44 kilometrliyində qeydə alınıb. Burada tikinti işləri aparıldığından, yolun bir hissəsi bağlanıb, ona görə də ictimai nəqliyyat sürücüləri tələsən sərnişinləri vaxtında ünvana çatdırmaq və rəqiblərinin acığına, hansı yola olursa olsun marşrut xəttinin son dayanacağına birinci çatmaq üçün bütün üsullardan istifadə edirlər. Sürücülərin sürəti belə şəkildə artırmasına səbəb özəl sərnişin daşıma şirkətləri tərəfindən təyin edilən normativlərdə ola bilər: saatda 40 kilometr. Yolda hərəkətin sıxlığı səbəbindən, bu normativə əməl etmək çətin olduğu üçün sürücülər, maaşsız qalmamaqdan ötrü sürət həddini aşmağa məcbur olublar. Qeyd edək ki, yarışa çıxan hər iki avtobus sürücüsü müvəqqəti olaraq sürücülük vəsiqəsindən məhrum edilib. Hindistanın DYP-si YHQ-nı kobud şəkildə pozanları sərt cəzalandıracağına söz verib. AvtoReyd.Az Times of India istinadən xəbər verir ki,dairə polisi 30-dan artıq bu cür hadisə qeydə alıb.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=SrFmvuHUZ1Q

Related Post

Rumıniyada hərbi maşın dərəyə aşıb, ölən və yaralananlar var – VİDEORumıniyada hərbi maşın dərəyə aşıb, ölən və yaralananlar var – VİDEO

Rumıniyanın Argeş rayonunun Valea Urdei yaşayış məntəqəsi yaxınlığında hərbçiləri daşıyan maşın qəzaya uğrayıb. AvtoReyd.Az “Report”un məlumatına görə,xəbər verir ki, Cincu yaşayış məntəqəsi yaxınlığındakı poliqondan Campulung rayonuna kolonla gedən 4 maşından sonuncusu,

Polis qadınların qızıl boyunbağılarını soyğunçuluq yolu ilə ələ keçirən şəxsi saxlayıb – FOTOPolis qadınların qızıl boyunbağılarını soyğunçuluq yolu ilə ələ keçirən şəxsi saxlayıb – FOTO

Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan, xüsusən soyğunçuluq cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. AvtoReyd.Az “Report”-un