Avtoreyd.Az Avtoxəbər Sürücü düzgün səs siqnalından istifadə etməyi öyrənməlidir.

Sürücü düzgün səs siqnalından istifadə etməyi öyrənməlidir.


Yol hərəkəti qaydaları yaşayış məntəqələrində səs siqnalın verməsini qadağan edir, yol-nəqliyyat hadisəsinin qarşısını  alınması istisna olmaqla.

Səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər:
Məsələn:
— piyadanın gözlənilməz yolun hərəkət hissəsinə çıxdıqda
— qəzanın qarşısını almaq üçün diqər yol hərəkət iştirakçılarını xəbərdarlıq etdikdə.

Səs siqnalı kimisə evdən çağırmaq üçün,qapıların açsılması üçün və ya diqər  iştirakçının hərəkətini sürətləndirmək üçün verilməməlidir.Yaşayış məntəqələrindən kənarda səs siqnalı ötmə haqqında xəbərdarlıq üçün istifadə olunmalıdır. Xəbərdarlığın üsulu ondan asılıdır ki,  siz kimi xəbərdarlıq edirsiniz: avtomobilin xəbərdarlığı üçün bir neçə (bir qədər) səs siqnalı vermək lazımdırsa, velosipedçinin və ya piyadanın  xəbərdarlığı üçün bir qısa siqnal kifayətdir və ya iki qısa. Heç kəsi qorxutmamaq üçün, sürücü  səs siqnalını güclü verməməlidir və kifayət qədər məsafədə etməlidir bunu.

Hal-hazırda xarici ölkələrdə çox tonallı siqnallar  tətbiq edilir. Bu siqnal iki  çeviriciyə malikdir: “Şəhər” və “şəhərdən kənar”. Şəhərdə sürücü bu siqnalın bir tonallığından istifadə edir.Onun gücü 85 DB və tezliyi isə 5000 Hs təşkil edir.Şəhərətrafı qəsəbədə çox tonallı siqnal ötmə haqqında xəbərdarlıq üçün istifadə olunur, ötülən nəqliyyat vasitəsinin sürücüsünü qorxutmamaq şərti ilə.

Ötmə barədə xəbərdarlıq etmək üçün səs siqnalı əvəzinə (və ya onunla birlikdə) işıq siqnalı verilə bilər. Bu işıq siqnalı sutkanın işıqlı vaxtı — faraların işıqlarını qısamüddətli yandırıb-söndürməkdən, sutkanın qaranlıq vaxtı isə faraların yaxın işığını dəfələrlə uzaq işığa keçirməkdən ibarətdir.

 

Related Post