Almaniyanın Dortmund şəhərində sürətli sərnişin qatarı (ICE) relsdən çıxıb.
Trend-in “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya federal polisinin “Twitter” səhifəsində məlumat yayılıb.
Ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb.
“Xilasetmə xidməti son 3 vaqondan insanları təxliyə etməyə başlayıb”, – polisdən bildirilib. Xilasetmə əməliyyatına helikopter cəlb olunub.