Çində supermarketlərdən birində eskalator az qalıb ki, ikiyaşlı oğlan uşağını “çeynəsin”.
Hadisə uşağın əlini hərəkət edən eskalatorun pillələrinin arasına soxması üzündən baş verib. Xoşbəxtlikdən uşağın anası eskalatoru vaxtında dayandıra bilib.
Uşağa yardım etmək üçün hadisə yerinə xilasedicilər çağırılıb. Onlar dəmir pilləni xüsusi mişarla kəsdikdən sonra uşaq xəstəxanaya aparılıb. Həkimlər azyaşlının aldığı xəsarətin qorxulu olmadığını bildiriblər.