Sərxoş sərnişinin təyyarədə dava salması nəticəsində Yaponiyadan Amerikaya uçan təyyarə saat yarım ləngiməli olub.
Şahidlərin sözlərinə görə Kori Aur adlı 44 yaşlı amerikalını heç kim təhrik etməyib, əksinə, o, özünü aqressiv apararaq, digər sərnişinləri təhqir edib və nəticədə onlardan birinə hücum edib.
Davakar Amerika vətəndaşı dindirilmək üçün təyyarədən endirilib. Məlumatı CNN yayıb.
ANA aviaşirkətinə məxsus sərnişin təyyarəsi Yaponiyanın Narita şəhərindən Amerikaya, Los-Anceles şəhərinə uçurmuş.