Bakı-Qazax avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə yolun Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2106” markalı minik avtomobilinin “KamAz” markalı yük maşını ilə toqquşması nəticəsində “VAZ”-da olan qadın sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.