Bakı və Abşeron yarımadasında mayın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
ETSN-dən verilən məlumata görə, gün ərzində mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 11-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti, Bakıda gecə 13-15 dərəcə isti, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz bəzi rayonlarda yağışda qısa fasilə yaranacaq. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 5-9 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.