Avtoreyd.Az Gündəm 13 saat motosikletin arxa təkəri üstündə 500 kilometr məsafə… VİDEO

13 saat motosikletin arxa təkəri üstündə 500 kilometr məsafə… VİDEO

| | 0 Comments | 23:42

 

Bu günlərdə 33 yaşlı yaponiyalı idmançı dayanmadan skuterinin bir təkəri üstündə 500 kilometr məsafə qət etməklə, yeni dünya rekorduna imza atıb. Bunun üçün Masaru Abeyə təxminən 13 saat lazım olub. Tarixi hadisə Saytama prefekturasının Kavaquti şəhərinin avtodromunda qeydə alınıb.

Sınaq müddəti ərzində yaponiyalı saatda təxminən 40 kilometr sürətlə hərəkət edib. Motosikletçinin sözlərinə görə, başlanğıcdan təxminən iki saat sonra o, belində ağrı hiss edib. Lakin bu, onu dayandırmayıb, belə ki, Masaru Abe ağrıkəsici dərmanı elə yolda qəbul edib.

Beləliklə, o, digər yaponiyalı idmançı Yasuyuki Kudonun 1991-ci ildə vurduğu rekordu təzələyib. O zaman Yasuyuki Kudo motosiklin arxa təkəri üstündə təxminən 330 kilometr məsafə keçmişdi.

Related Post