Malaziyanın AirAsia X şirkətinin Taybeydən Kuala-Lumpura uçan təyyarəsi hava boşluğuna düşüb. Bu anı stüardessalardan biri telefona çəkib.
Təyyarənin göyərtəsində 11 ekipaj üzvü və 291 sərnişin olub, onlardan beş nəfəri xəsarət alıb və tibbi yardım lazım olub. Yaşananlara baxmayaraq, təyyarə təyinat nöqtəsində uğurlu eniş edə bilib.