Avtoreyd.Az Gündəm Azərbaycanlı gənclərdən unikal ixtira – sürücülərə kömək olacaq – VİDEO

Azərbaycanlı gənclərdən unikal ixtira – sürücülərə kömək olacaq – VİDEO


Gecələr baş verən avtomobil qəzalarının əksəriyyətinə sürücünün sükan arxasında yatması səbəb olur.

Amma azərbaycanlı gənclərin ixtirası bu problemin qarşısının alınmasına kömək olacaq. Odur ki, onların hazırladıqları eynəyin sükan arxasında yuxulayan sürücülərə köməyi dəyəcəyini demək olar.

Xezerxeber.az məlumat verir ki, gənc ixtiraçıların hazırladıqları eynək sürücünün yuxuya getməsini 3 saniyə ərzində müəyyən edir və yuxudan ayılması üçün xəbərdarlıq siqnalı verir.

Bu gənclər hazırladıqları eynəklə yəqin ki, yaxın zamanda bütün dünyada tanınacaqlar.

Onlar belə bir eynəyi düzəltməyə dostlarının ailəsində baş verən hadisədən sonra qərar veriblər.

Eynək göz qapaqlarının yumulmasının yatmaq və ya göz qırpması olduğunu ən gec 3

saniyədə təyin edir. Bundan sonra məlumatı blutuz vasitəsi ilə mobil telefondakı proqrama göndərir və telefon siqnal verərək sürücünü ayıldır.

Gənclər Azərbaycan Texniki Universitetinin SABAH qrupunun tələbələridir.

AvtoReyd.Az

Related Post

Dayanma-durma qadağandır, amma ərazidə yük maşınları saxlayıb: belə sürücüləri nə qədər cərimə gözləyir? – VİDEODayanma-durma qadağandır, amma ərazidə yük maşınları saxlayıb: belə sürücüləri nə qədər cərimə gözləyir? – VİDEO

Onlarla yük maşını sıra ilə yol kənarında dayanıb. Sürücülər burda müştəri gözləyir. Baxmayaraq ki, ərazidə dayanma-durmanı qadağan edən yol nişanı var. Xezerxeber.az məlumat verir ki, belə bir hal paxytaxtın Nərimanov