AvtoReyd.Az-ın verdiyi məlumata görə İtaliyada,Turin şəhərində Via Romada quraşdırılan işıqforun fəaliyyəti yalnız qırmızı və ya yaşıl işıqla məhdudlaşmır. Eyni zamanda onun şüşələrində əl ələ tutan eynicinsli cütlük də əks olunur.
Bu, digər Avropa şəhərlərinin təşəbbüsünü dəstəkləyən Turin şəhər rəhbərliyinin bir təcrübəsidir. Beləliklə, şəhər rəhbərliyi sayəsində Via Romada cinsi azlıqlara dost işıqfor meydana gəlib. İşıqfor, bu ilin yayında Turində keçiriləcək cinsi azlıqların yürüşü zamanı, onları salamlayacaq.