Avtoreyd.Az Hadisə Salyanda yük maşını yol kənarında dayanan avtomobilə çırpılıb, ata və qızı yaralanıb

Salyanda yük maşını yol kənarında dayanan avtomobilə çırpılıb, ata və qızı yaralanıb


Salyanda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Xaçmaz rayon sakini, 55 yaşlı Bahadır Hacıbaba oğlu Ağayev yolun kənarındakı bazardan alış-veriş etdikdən sonra özünə məxsus “Mersedes” markalı minik avtonobilinə oturub və yoluna davam etmək istəyib. Elə bu zaman yük maşını “Mercedes”ə çırpılıb. Nəticədə “Mersedes”in sürücüsü və salonda olan qızı, 11 yaşlı Gülsarə Bahadır qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra ata və qızı Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

Qatı duman Tovuzda avtomobillərin hərəkətində çətinliklər yaradıb – FOTOQatı duman Tovuzda avtomobillərin hərəkətində çətinliklər yaradıb – FOTO

Bakı-Qazax avtomobil yolunda qatı duman nəqliyyatın hərəkətində çətinliklər yaradıb. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki,ərazisində qatı duman müşahidə olunub. Bu səbəbdən Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində