APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 5-də saat 03 radələrində Xızı rayonunun Yaşma kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Oqtay Kərimov vurulub. Piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.