Avtoreyd.Az Hadisə Azərbaycanda baş verən dəhşətli qəza ilə bağlı YENİ XƏBƏR

Azərbaycanda baş verən dəhşətli qəza ilə bağlı YENİ XƏBƏR


Bu gün səhər saat 9 radələrində 8 saylı şəhərlərarası marşrut avtobusun “Kamaz-6511” markalı yük maşını ilə toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Qəza şəhərin avtovağzaldan Yüksək Texnologiyalar Parkı istiqamətində hərəkət edən Şükür Məhəmmədəli oğlu Qasımovun idarə etdiyi “32-BC-969 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun qovşaqdan əsas yola çıxan Əfqan Siracəddin oğlu Qaçayevin idarə etdiyi ”45-BD-212” dövlət qeydiyyat nişanlı “Kamaz”a çırpılması nəticəsində baş verib.
Hadisə zamanı avtobusun sərnişinləri arasında ciddi xəsarət alanlar olub. Onlardan 5 nəfəri dərhal Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.

Related Post

Göygöldə mikroavtobus minik avtomobili ilə toqquşub, bir nəfər ölüb, dörd nəfər xəsarət alıb (Foto)Göygöldə mikroavtobus minik avtomobili ilə toqquşub, bir nəfər ölüb, dörd nəfər xəsarət alıb (Foto)

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, hadisə Bakı-Qazax magistral yolunun 358-ci kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb. “Ford” markalı sərnişin daşıyan mikroavtobusla “VAZ 2107” markalı