Avtoreyd.Az Avtoxəbər Bu avtobuslarda sürücü olmayacaq

Bu avtobuslarda sürücü olmayacaq


Vyanada ictimai sərnişindaşıma xidmətini həyata keçirən Vyana Şəhər Xətləri şirkəti sürücüsüz hərəkət edən ilk mikroavtobusun təqdimatını keçirib. Şəhərin ən yeni rayonu olan Zeeştadt Aspern ərazisində marşruta buraxılacaq mikroavtobus gələn ilin əvvəlindən sınaqdan keçiriləcək.

AvtoReyd.Az  Trend-ə istinadən bildirir ki, Fransanın “Navya” şirkətinin istehsalı olan “Navya Arma” markalı mikroavtobus elektrik mühərriklə çalışır və iki ildən sonra ictimai nəqliyyatda müntəzəm cədvəl üzrə hərəkət etməsi planlaşdırılır.

Avstriya Nəqliyyat Nazirliyinin maliyyə vəsaiti hesabına formalaşan tədqiqat layihəsi çərçivəsində 11 sərnişin daşımaq imkanına malik olan sürücüsüz iki mikroavtobusun xüsusi dayanacaqlar, hərəkət cədvəli və əsl sərnişinlərin iştirakı ilə test yürüşləri aparılacaq.

Kamera və sensorlarla təchiz olunan “ağıllı” avtobuslar digər nəqliyyat vasitələri ilə interaksiyada olmaq imkanına sahibdirlər və yol hərəkətində baş verən gözlənilməz hadisələr zamanı müvafiq manevrlər edə biləcəklər.

 

AvtoReyd.Az

Related Post

Böhran əlehinə: öz əlləriylə montaj köpüyünün köməyi ilə köhnə avtomobilin bərpa edilməsi(Foto+Video)Böhran əlehinə: öz əlləriylə montaj köpüyünün köməyi ilə köhnə avtomobilin bərpa edilməsi(Foto+Video)

Kimsə avtomobilləri zibilliyə atır, kimsə onları oradan seçib düzəldir. Zibillikdə tapılmış köhnə Mercedes CLK.Bu qeyri-adi layihə ondan başlandı ki, özü öyrənmiş dizayner zibillikdə köhnə Mercedes CLK tapdı. Nə vaxtsa bu

Varlılar üçün müdhiş elektromobil: heyran olmamaq əldə deyil (Video)Varlılar üçün müdhiş elektromobil: heyran olmamaq əldə deyil (Video)

“Daimler AG” şirkəti “Vision Mercedes-Maybach Ultimate Luxury” adlı elektrokrossoveri təqdim edib. Yenicag.az bildirir ki, bu barədə “Technote” məlumat yayıb.  Elektromobilin yeni konsepti lüks seqmentə aiddir və qəribə dizayner özəlliklərilə zəngindir. Sözügedən elektromobil ümumi gücü