X-37B Orbital Test Vehicle suborbital kəşfiyyat təyyarəsinin bu sayca artıq dördüncü uçuşudur.
Hava gəmisi fəzada 700 gündən çox vaxt keçirdikdən sonra sağ-salamat yerə enib.
AvtoReyd.Az xəbər verir ki,X-37B-nin uzunluğu 8,8 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə isə 4,5 metrdir. Pilotsuz təyyarənin çəkisi təxminən beş tondur. Bu növ cəmi iki belə aparat var.
Əvvəlcə təyyarə orbitdə süni peyklərin təmiri üçün nəzərdə tutulurdu. Lakin 2004-cü ildə proqram məxfiləşdirilərək ABŞ Hərbi Qüvvələrinin ixtiyarına verilib.
ABŞ hərbi hava qüvvələri X-37B kəşfiyyat təyyarəsini bu ilin sonunda beşinci dəfə kosmosa yollamağı planlaşdırırlar.
Qeyd edək ki, aparatlar 2010-cu ildən etibarən orbital sınaq uçuşlarını yerinə yetirir.