Proqress bir yerdə dayanmır,dünyada daha çox insanlar elektrik avtomobillərində hərəkət edirlər və bu artıq yenilik deyil.Sonra nə olacaq? AvtoReyd.Az verdiyi xəbərə görə Çinin Hanergy avtomobil şirkətininin bu suala cavabı var: günəş batareyaları ilə çalışan avtomobillər. Bir neçə gün əvvəl onlar Çində günəş enerjisi ilə avtomobilin batareyalarını şarj edən 4 konsept təqdim etdiblər. Şirkət demək olar ekoloji təmiz enerji mənbələrində ixtisaslaşdırılır, amma məhz günəş batareyaları hal-hazırda hazırlamaların prioritetindədir.İxtiraçılar bildirirlər ki, günəş panelləri ilə avtomobil batareyalarını şarj etmək mümkün olacaq,amma bu proses üçün elektrik avtomobilləriylə müqayisədə bir qədər daha çox vaxt sərf olunacaq.
Birinci model Handergy Solar R adlanır və günəş panelləri burada mümkün olan hər yerdə yerləşdirilmişdir. Kapotun üzərində, damda, hətta qapılarda. Tamötürücülü avtomobil elektrik mühərrikiylə təhciz olunub və öz zahiri görünüşüylə BMW i8-ə çox oxşayır.