Avtoreyd.Az Gündəm İslamiada günlərində yol hərəkəti qaydaları açıqlandı

İslamiada günlərində yol hərəkəti qaydaları açıqlandı


IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanma mərasimləri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

AvtoReyd.Az APA TV-yə istinadən  xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib: “Heydər Əliyev prospektinin “Excelsior” hotelinin qarşısındakı yol qovşağından Sabunçu qəsəbəsinədək olan hissəsi və Neftçilər prospektinin “Azneft” meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra ümumi yol hərəkəti üçün bağlı olacaq. Mayın 5-dən 23-ə qədər Səbail rayonu ərazisində Bibiheybət şosesinin Bakı Su İdman Mərkəzindən Bibiheybət məscidinin ərazisində yol birtərəfli istiqamətdə hərəkət təşkil edilir. Əks istiqamətdə isə 20-ci Sahə dairəsindən keçməklə alternativ yoldan istifadə olunacaq”.

Eləcə də mayın 6-dan 23-dək paytaxtın Binəqədi rayonu ərazisində İbrahim Paşa  Dadaşov küçəsi, Süleyman Sani Axundov küçəsi ilə Cəfər Xəndan küçəsi arasında olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, İslamiadanın açılış və bağlanış mərasimləri günlərində Koroğlu mübadilə mərkəzinə Bakı ətrafı kənd və qəsəbələrdən daxil olan 29 avtobus xəttinin də hərəkətlərində dəyişikliyi edilib. 6-23 may tarixlərində 6, 8, 88 və 202 33 və 52 saylı marşrut xətlərinin də  istiqaməti dəyişəcək: “Zabrat, Maştağa istiqamətində Koroğlu mübadilə mərkəzlərinə gələn avtobusların hərəkət istiqaməti Bakıxanov dəmir yolu stansiyasına istiqamətləndiriləcək. Mərdəkan, Buzovna, Qala, Bülbülədən gələn avtobuslar Aeroport yolu, Zığ yolu, Gəncə prospekti və Həzi Aslanov stansiyasına istiqamətləndiriləcək. Eyni zamanda Ziya Bünyadov prospektinə 93 və 24 saylı avtobusların keçidi təmin olunacaq. 1 nömrəli və 13 nömrəli marşrutlar saat 17.00-da fəaliyyətlərini dayandıracaq”.

İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimi zamanı tamaşaçıların daşınması üçün 3 xüsusi ekspress marşrutu üzrə 228 nəqliyyat vasitəsi ayrılıb. Mais Ağayevin sözlərinə görə, sərnişinlərin daşınması üçün marşrutlar ehtiyac yaranarsa, ehtiyatda olan 90 avtobus da ekspress marşrutlara buraxılacaq. Həmin günlərdə avtobuslar gecə saat 02:00-a qədər fəaliyyət göstərəcək. Ehtiyac yaranarsa, həmin marşrutların vaxtı bir qədər də uzadıla bilər: “Tamaşaçılar metronun “Qara Qarayev”, “Gənclik” və “20 Yanvar” stansiyalarının yaxınlığından ekspress avtobuslarla daşınacaq. Avtobuslar metro stansiyalarının qarşısından saat 17:00-dan etibarən işləyəcək. Həmin avtobuslar Bakı Olimpiya Stadionundan saat 22:30-da geri qayıdacaq. Əlillər üçün isə metronun “Gənclik” stansiyasından xüsusi avtobus ayrılacaq”.

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günlərində, həmçinin saat 18:00-dan gecə saat 01:00-a qədər biletli tamaşaçıların, qonaqların, akkreditasiyadan keçmiş şəxslərin Bakı Sərnişin Stansiyasından “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyasına qədər ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=399zWpaLc5Q

Related Post

“Atletiko”-“Qarabağ” matçına bütün dünya baxacaq – Canlı yayım edəcək kanallar“Atletiko”-“Qarabağ” matçına bütün dünya baxacaq – Canlı yayım edəcək kanallar

Bu gün “Qarabağ” futbol klubu Çempionlar Liqasının qrup mərhələsinin IV turunda İspaniyanın “Atletiko” klubunun qonağı olacaq. AvtoReyd.Az xəbər verir ki, saat 23:45-də, Madridin “Vanda Metropolitano” stadionunda baş tutacaq qarşılaşma ölkəmizdə “AzTv”

Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və uçota alınması əsasnaməsinə dəyişikliklər edilibMexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və uçota alınması əsasnaməsinə dəyişikliklər edilib

Nazirlər Kabineti “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”sinə bir sıra dəyişikliklər edib. AvtoReyd.Az xəbər verir ki, bununla