Avtoreyd.Az Hadisə Bakıda sərxoş sürücü qəza törədib – FOTO

Bakıda sərxoş sürücü qəza törədib – FOTO


Bakının Nəsimi rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, qəza Ruhulla Axundov və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə nəticəsində “Opel” markalı avtomobil ilə BMW toqquşub. Hazırda qəza yerinə polis əməkdaşları cəlb olunub.

Dövlət Yol Polisi əməkdaşının məlumatına görə, qəzaya BMW markalı minik avtomobilinin sərxoş vəziyyətdə maşın idarə edən 51 yaşlı sürücüsü Telman Hüseynov səbəb olub. O, sərxoşluğun müəyyən edilməsi üçün tibb müəssisəsinə getməkdən imtina edib və nəticədə tərəflər arasında mübahisə yaranıb. Sonda T.Hüseynov məcburi qaydada müvafiq tibb müəssisəsinə aparılıb.

AvtoReyd.Az

Related Post

Yanan avtomobildən insanları xilas etmək üçün sürücülər şüşələri ayaqla sındırıblar (Video)Yanan avtomobildən insanları xilas etmək üçün sürücülər şüşələri ayaqla sındırıblar (Video)

Avtoreyd.az bildirir ki, İnquşetiyada Sunjen rayonunda yolda sürücülər insanları xilas etmək üçün yanan avtomobilin pəncərələrini ayaqlarıyla sındırıblar. Yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub, beş nəfər isə zərər çəkib. Qəza “Qafqaz”