Avtoreyd.Az Hadisə Saxlanılan şəxs: “Vurdum sındırdım, gördüm 20 min pul var”

Saxlanılan şəxs: “Vurdum sındırdım, gördüm 20 min pul var”


Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq edən Masazır qəsəbə sakini Cəlil Quliyevi saxlanılıb.

Cəlil Quliyevin ətrafında Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin və Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun ötən il dekabrın 19-da rayon ərazisində “Qurtuluş 93” yaşayış kompleksində vətəndaşlardan birinə məxsus “Toyota” markalı avtomobildən 20 000 (iyirmi min) manat pul oğurladığı müəyyən edilib: “Gəldim, axşam idi, gördüm maşın dayanıb. Vurdum şüşəsini sındırdım. Saxlanc yerində 20 000 manat vardı, götürdüm getdim”.

Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində onun bu ilin fevral ayının 20-də Abşeron rayonu ərazisində başqa bir “Land Rover” markalı avtomobilin şüşəsini sındıraraq maşının içində olan gödəkçənin cibindən 640 manat pul oğurladığı da məlum olub.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=s1p2huCxqCY

Related Post