ABŞ ən gizli layihələrindən olan X-37B pilotsuz kosmik gəminin görüntülərini ilk dəfə paylaşıb.
İstiPress-in məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər yayıb. Bildirilir ki, pilotsuz kosmik gəmi 718 gün kosmosda olduqdan sonra yerə enib.
Bəzi məlumatlara görə, X-37B gəmisi ABŞ Hərbi Hava Qüvvələrinin yeni silahıdır və bu aparat vasitəsilə insanları dinləmək mümkündür.
X-37B təyyarəsi 2015-ci ildə kosmosa göndərilib və bəzi fotolar çəkdiyi bildirilir.
http://www.youtube.com/watch?v=Xj7mBCbXnJI