Avtoreyd.Az Gündəm Dəmiryolunda sərnişin sıxlığı yaranıb – Əlavə qatarlar qoşulur – VİDEO

Dəmiryolunda sərnişin sıxlığı yaranıb – Əlavə qatarlar qoşulur – VİDEO


AvtoReyd.Az Xezerxebee istinadən xəbər verir ki,Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Gürcüstan Respublikasından tamaşaçı qismində paytaxtımıza gələn vətəndaşların çoxu dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verir.

“Azərbaycan Dəmir Yolları” QSC İctimaiyyətlə əlaqələr şöbəsindən XəzərXəbər-ə verilən məlumata görə, bu səbəbdən də may ayının 1-dən etibarən sərnişin qatarlarında sıxlıq müşahidə olunur.

Belə ki, ölkə daxilində hərəkət edən sərnişin qatarlarından adi günlərdə 2000-2500 sərnişin istifadə edirdisə, son günlər bu rəqəm müvafiq olaraq 3000-3500 təşkil edir.

Eyni zamanda Bakı-Tbilisi-Bakı sürət qatarında sərnişin artımı, adi günlərə nisbətən 10-15 faiz təşkil edir.

Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonun qoşulması təmin edilir. Sərnişin sıxlığının 2 həftə davam edəcəyi gözlənilir.

AvtoReyd.Az

Related Post

Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulub VİDEOCəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulub VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son dövrlərdə ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlər çərçivəsində yeni magistral yollar salınır və mövcud yollar müasir səviyyədə yenidən qurulur. Respublika əhəmiyyətli yollarla bərabər,