Avtoreyd.Az Gündəm DİN rəhbərliyi və şəxsi heyəti növbəti ağacəkmə kampaniyası keçirib

DİN rəhbərliyi və şəxsi heyəti növbəti ağacəkmə kampaniyası keçirib


Daxili İşlər Nazirliyinin rəhbərliyi və şəxsi heyəti, Daxili Qoşunların hərbi qulluqçuları Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçiriblər.

Nazirlikdən AvtoReyd.Az-a verilən məlumata görə, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları hələ 2010-cu ildə sözügedən 5 hektarlıq sahədə Abşeron yarımadasının iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı Eldar şamları və zeytun ağacları əkiblər.

Tədbir zamanı ağaclara aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Bundan əlavə, sözügedən sahədə abadlıq və təmizləmə işləri görülərək boş qalmış yerlərə əlavə olaraq 600 ədəd yeni Eldar şamının tingləri əkilib.

AvtoReyd.Az

Related Post

Bakı metrosunda təhlükəsizlik çəpərləri quraşdırılacaq? – RƏSMİ AÇIQLAMABakı metrosunda təhlükəsizlik çəpərləri quraşdırılacaq? – RƏSMİ AÇIQLAMA

Metro stansiyalarında intiharların və ya ehtiyatsızlıqdan baş verən bədbəxt hadisələrin qarşısını almağın yollarından biri də platformalarda təhlükəsizlik çəpərlərinin quraşdırılmasıdır. AvtoReyd.Az xəbər verir ki, bu praktika dünyanın bir çox böyük şəhərlərində metrolarda