Avtoreyd.Az Gündəm İslam Oyunları ilə bağlı nəqliyyat əməliyyatları da test edildi – VİDEO

İslam Oyunları ilə bağlı nəqliyyat əməliyyatları da test edildi – VİDEO


“IV İslam Həmrəyliyi Oyunları”nın sınaq açılışı zamanı açılış və bağlanış mərasimləri günü üçün nəzərdə tutulan nəqliyyat əməliyyatları da test edilib. Test uğurla başa çatıb. Oyunlara qatılacaq ölkələrin sayında isə dəyişiklik var.

Biletli tamaşaçıların daşınmasını həyata keçirən 3 ekspress xətt üzrə fəaliyyət göstərən 228 avtobus, həmçinin ehtiyatda olan 90 avtobus Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına toplanıb.

Saat 17:00-dan etibarən tamaşaçıların əvvəlcədən təyin olunmuş ərazilərdən, yəni metronun “Qara Qarayev”, “Gənclik” və “20 Yanvar” stansiyalarının yanından Bakı Olimpiya Stadionuna daşınmasına başlanılıb. Beləliklə də 6000-dən çox sərnişinin 267 avtobus vasitəsilə Olimpiya Stadionuna daşınması həyata keçirilib. Tamaşaçıların istiqamətləndirilməsini təmin etmək məqsədilə nəqliyyat bələdçiləri təyin edilib.

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq ölkələrin sayında da dəyişiklik edilib. Sudan və Liviya idmançıları, həmçinin İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı altında çıxış etməli olan küveytlilərin yarışda iştirakı baş tutmayacaq.

Beləliklə, IV İslam Həmrəyliyi Oyunlarında 57 deyil, 54 ölkə iştirak edəcək.

Xezerxeber.az

Related Post

Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və uçota alınması əsasnaməsinə dəyişikliklər edilibMexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və uçota alınması əsasnaməsinə dəyişikliklər edilib

Nazirlər Kabineti “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”sinə bir sıra dəyişikliklər edib. AvtoReyd.Az xəbər verir ki, bununla